23 C
Baku
17 Sentyabr 2026, 23:23
Dünya

Ukraynada raket və dron hücumlarında azı 19 nəfər yaralandı

Bugun.tv xəbər verir ki, Rusiya qüvvələrinin Ukraynaya gecə saatlarında həyata keçirdiyi raket və dron hücumları nəticəsində azı 19 nəfər yaralanıb.

Associated Press-in məlumatına görə, Kiyev və ətraf ərazilərdə 10-dan çox obyektə zərər dəyib. Yaralananlar arasında 10 və 12 yaşlı iki uşaq da var.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkə ordusunun gecə saatlarında Rusiyanın Yaroslavl vilayətindəki neft emalı zavoduna və Rostov vilayətindəki hərbi aerodroma zərbələr endirdiyini bildirib.

Qara dənizdə mülki gəminin də dron hücumuna məruz qaldığı bildirilir. Hadisə nəticəsində Tanzaniya bayrağı altında üzən gəminin kapitanı həlak olub.

Ukraynanın xarici işlər naziri Andrey Sibiha enerji obyektlərinə və Qara dənizdə mülki gəmilərə hücumların dayandırılması ilə bağlı atəşkəsə hazır olduqlarını bildirib. Onun sözlərinə görə, belə bir razılaşmanın müzakirəsi ABŞ Prezidenti Donald Tramp və Zelenskinin BMT Baş Assambleyası çərçivəsində keçirilməsi gözlənilən görüşündə də gündəmə gələ bilər.

Mənbə: Ap News

Aynur Camal

Oxşar xəbərlər

Alimlər ağcaqanad problemini başqa üsulla həll etməyə çalışırlar

Aynur Camal

Çin İrandan husilərə təsir göstərməsini istəyib

Aynur Camal

BMT ABŞ-ın İrandakı zərbələri ilə bağlı ciddi nəticə açıqlayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu