Dünya

Heyvan kostyumlu narkotik ovu

Perunun paytaxtı Limada narkotik polisi film kimi əməliyyat keçirərək narkotik tacirlərinə basqın edib. Dünyanın ən böyük gəmirici olan kapibara kostyumu geyinən polis fevralın 14-də “Sevgilindən hədiyyə var” deyərək qapını açan narkotik satıcılarını yaxalayıb.

Peru polisindən verilən açıqlamada, evdə aparılan axtarış zamanı 1700 paket kokain və marixuana ələ keçirildiyi bildirilib. Escuadron Verde adlı xüsusi narkotik bölməsi əməliyyatı həyata keçirərkən, bölmənin rəisi polkovnik Pedro Rojas verdiyi açıqlamada “Sevgililər Günündə kapibara xarakteri ilə özümüzü kamuflyaj etməyə çalışdıq” deyib. Lakin bu qeyri-adi əməliyyat xüsusi bölmənin ilk tətbiqi deyil. Halloween, Milad və Sevgililər Günü kimi xüsusi günlərdə kostyum geyinən narkotik agentləri daha əvvəl Hörümçək Adam, Tor və Kapitan Amerika kimi Marvel komiks personajlarının geyimlərində əməliyyatlar həyata keçirib.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Sivasda yetişdirilən “Türk qızılbalığı” dünya bazarına ixrac olunur

Aynur Camal

“Məkkə Birgə Müdafiə Sazişi”dən sonra cümə namazı qılındı

Aynur Camal

ABŞ Apelyasiya Məhkəməsi Trampın Ağ Evdə 400 milyon dollarlıq bal zalı layihəsini dayandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu