Image default
Baş xəbərDünya

Doğum günündə əlindəki şar partlayan qadının üzü yandı

Vyetnamda ad günü şənliyi zamanı əlində olan hidrogen balonu partlayan qadının üzü yanıb. Vyetnamın paytaxtı Hanoyda Giang adlı qadının ad günü şənliyi pis başa çatıb. Gianqın ad günü qeyd edərkən, əlində tutduğu tortun şamları digər əlində hidrogenlə doldurulmuş şarla təmasda olduqda partlayış baş verib. Hadisədən sonra xəstəxanaya aparılan qadının üzündə, əllərində və qollarında 2-ci dərəcəli yanıqlar olduğu müəyyən edilib. Müalicə altında olan Giang, “Yaşadığım qorxudan uzun müddət hadisənin görüntülərini izləyə bilmədim. Bilsəydim, özümü belə təhlükəli vəziyyətə salmazdım. Yaşadığım bu uğursuz hadisə başqalarına da dərs olsun” dedi.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, hidrogen qazı heliumdan ucuz olsa da, o, həddindən artıq tez alışır və yanğınla təmasda olduqda partlama riski daşıyır, ona görə də hidrogen balonlarını qapalı məkanlarda və əyləncə məqsədilə istifadə etmək olmaz.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Deputat Ceyhun Məmmədov: Azərbaycan–Fələstin münasibətləri strateji əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur

Aynur Camal

The Guardian: Zelenskinin müdafiə nazirini vəzifədən uzaqlaşdırması Ukraynada və Qərbdə narahatlıq yaratdı

Aynur Camal

Endokrinoloq həftədə ən azı iki dəfə bu giləmeyvəni yeməyi tövsiyə etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu