Baş xəbərDünya

Azərbaycan prezidenti Əliyev Ankaraya gəlir

Azərbaycan prezidenti İlham Əliyev prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Ankaraya səfər edəcək.

Kommunikasiya Direktoru Fahrettin Altunun verdiyi məlumata görə, Prezident Külliyesində keçiriləcək görüşlərdə cari regional və qlobal hadisələr, həmçinin Türkiyə ilə Azərbaycan arasında qardaşlıq bağlarının daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılacağı nəzərdə tutulur.

 İğdır-Naxçıvan Təbii Qaz Kəməri açılacaq

Səfər münasibəti ilə 25 sentyabr 2023-cü ildə təməli Prezident Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən birgə qoyulan İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin açılış mərasimi canlı əlaqə vasitəsilə keçiriləcək.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Xalq artisti Elmira Şabanova 86 yaşında vəfat etdi

Aynur Camal

BBC: Ukrayna müharibəsində 490 mindən çox rus hərbçisi həlak olub

Aynur Camal

Alimlər dəniz kirpisinin qida borusunda yaşayan yeni canlı növü aşkarlayıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu