Baş xəbərDünya

Aİ Ukraynaya 3,5 milyard avro yardım hazırlayır

Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya təxminən 3,5 milyard avro maliyyə dəstəyi göndərilməsini təsdiqləyib.

Aİ Şurası 2027-ci ilə qədər Ukraynaya 50 milyard avro maliyyə dəstəyi vermə planı çərçivəsində üzv dövlətlər tərəfindən üçüncü müntəzəm ödəniş qərarının qəbul edildiyini açıqlayıb.

Bəyanatda Ukraynanın təxminən 3,5 milyard avro məbləğində vəsait almaq üçün lazımi şərtləri və islahatları yerinə yetirdiyi bildirilib.

Açıqlamada AB-nin Ukraynanın makro-maliyyə sabitliyinə, iqtisadi dirçəlişinə və yenidən qurulmasına dəstək verəcəyi ifadə edilərək, üçüncü ödənişlə ölkənin bir il əvvəl qüvvəyə minən Ukrayna Fondu çərçivəsində təxminən 20 milyard avro alacağı qeyd edilib.

Açıqlamada xatırladılıb ki, Ukrayna Fondu 2024-2027-ci illər üçün ölkəyə qrant və kreditlərdən ibarət 50 milyard avro sabit maliyyə verəcək.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Həkimlər xəbərdarlıq edir: Həddindən artıq zülal qəbulu böyrəklərə zərər verə bilər

Aynur Camal

Avropada qaz ehtiyatları tarixi minimuma düşdü: Qışda qiymətlər arta bilər

Aynur Camal

İordan çayının qərb sahilində atışma: İki fələstinli öldürüldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu