26 C
Baku
17 Sentyabr 2026, 18:04
Baş xəbərDünya

TikTok-da Novruz mövzusunda keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb – FOTO

Qısa videoların yaradılması və izlənməsi üzrə aparıcı platforma olan TikTok Azərbaycanda ilk dəfə keçirilən #Novruz2025 onlayn festivalının nəticələrini açıqlayıb.

Bugun.tv-yə daxil olan xəbərə görə, bu təşəbbüs platforma istifadəçiləri arasında böyük marağa səbəb olub: layihənin həştəqi ilə 12 mindən çox video hazırlanıb. TikTok, həmçinin, müsabiqənin qaliblərini elan edib: ən yaxşı videoların müəllifləri dəyərli hədiyyələr qazanıblar.

Layihədə iştirak edən bütün istifadəçilər arasında ən kreativ videoların müəllifləri müəyyən olunublar. 1-ci yerə @chinivibess adlı istifadəçi Çinarə Axundova və @aydankhalilzada adlı Aydan Xəlilzadə, 2-ci yerə Rəssam Firuza İmanova @firca.darbesi, 3-cü yerə isə @food_channel kanalının müəllifi Yusunova Rəhimə layiq görülüblər.

“Bu il biz ilkl dəfə Novruz bayramını Azərbaycandakı istifadəçilərimizlə birlikdə qeyd etdik və onlayn festival üçün parlaq, rəngarəng bir platforma olduq. İstifadəçilərimizə təşəkkür edirik ki, TikTok-u bayramın bütün rəngləri, melodiyaları, iştahaaçan təamları, rəqsləri və əla əhval-ruhiyyəsi ilə doldurdular! Sizin sayənizdə dünyanın dörd bir yanındakı insanlar Azərbaycanın mədəniyyətinin necə gözəl və bənzərsiz olduğunu daha yaxından tanıya bildillər”, – deyə TikTok-un Azərbaycanda, Türkiyədə, Şərqi Avropada və Mərkəzi Asiyada əməliyyatlar üzrə rəhbəri Melis Çağlar bildirib.

Aynur Camal

Oxşar xəbərlər

Gündə cəmi 5 dəqiqə kitab oxumaq orqanizmə necə təsir edir?

Aynur Camal

Bloomberg: İran blokadasının xərcləri ABŞ-ın digər bölgələrdəki hərbi imkanlarını zəiflədir

Aynur Camal

Məhəmməd Əsədullazadə: “Avropa İttifaqı yeni “NATO” yaradır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu