Baş xəbərDünya

Rusiya: Donetskdəki Tarasovka qəsəbəsi bizim nəzarətimizə keçib

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətindəki Tarasovka qəsəbəsini nəzarətə götürdüklərini açıqlayıb.

Nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyəti ilə bağlı yenilənmiş məlumatlar verilib.

Rusiya ordusunun Ukrayna cəbhəsində mövqelərini gücləndirdiyi vurğulanan bəyanatda Cənub Hərbi Qrupu bölmələrinin fəal hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Tarasovka qəsəbəsi azad edilib.

Açıqlamada son 24 saat ərzində 147 bölgədə Ukraynanın hərbi hava limanının infrastruktur elementlərinə, hərbi sənaye müəssisələrinə, pilotsuz uçuş aparatlarının (PUA) istehsal və saxlama mərkəzlərinə, Çexiya istehsalı olan “Vampir” reaktiv yaylım atəş sisteminin yerləşdiyi əraziyə, xarici hərbi qüvvələr və Ukrayna hərbi qüvvələrinin müvəqqəti yerləşdirilməsinə qarşı hücumlar həyata keçirildiyi vurğulanıb.

Rusiya Müdafiə Nazirliyi dünən Donetsk vilayətindəki Suhaya Balka qəsəbəsini ələ keçirdiklərini açıqlamışdı.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

Annatto istehsalını ildə 3 min tona çatacaq

Aynur Camal

II Dünya müharibəsinin batmış gəmiləri üzə çıxdı

Aynur Camal

Tramp: İsrail Qəzzaya hücum etməməlidir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu