Bugun.tv xəbər verir ki, Rumıniya hakimiyyəti Qara dənizdə yük gəmisində baş verən yanğın nəticəsində iki nəfərin öldüyünü, 11 ekipaj üzvünün isə xilas edildiyini açıqlayıb.
Hadisə Rumıniyanın ərazi sularından kənarda baş verib. Rumıniyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, yanğın nəticəsində gəmi batmaq təhlükəsi ilə üzləşib. Hadisənin baş verdiyi gəminin “Royad Mammadov” olduğu bildirilib.
Reuters yazır ki, gəmi Türkiyəyə məxsus olub və taxıl daşıyıb. Gəmi Sent-Kits və Nevis bayrağı altında üzürmüş və Ukraynanın İzmail limanından İtaliyanın Ravenna şəhərinə doğru hərəkət edirmiş.
Ukrayna Prezidenti Volodimir Zelenski isə gəminin Rusiya dronlarının hücumuna məruz qaldığını bildirib. Bununla belə, Rumıniya tərəfi yanğının səbəbi barədə hələlik yekun məlumat verməyib.
Hadisə Rusiya-Ukrayna müharibəsinin Qara dənizdə dəniz nəqliyyatı və ticarət marşrutları üçün yaratdığı təhlükələri yenidən gündəmə gətirib.
Mənbə: Reuters
