8 C
Baku
20 Fevral 2026, 21:16
Dünya

Qəzza işğalı zamanı 1500 nəfər görmə qabiliyyətini itirdi

Qəzza zolağının Səhiyyə Nazirliyi soyqırım müharibəsi nəticəsində təxminən 1500 fələstinlinin görmə qabiliyyətini itirdiyini bildirib.

Daha 4000 fələstinlinin isə dərman və tibbi avadanlıq çatışmazlığı səbəbindən görmə qabiliyyətini itirmək təhlükəsi ilə üzləşdiyini bildirdi.

Nazirliyin açıqlamasında fikirlərinə yer verilən Qəzza Göz Xəstəxanasının direktoru Əbdüsselam Sabah, “Səhiyyə sektorunda göz əməliyyatları üçün ciddi istehlak materialları və tibbi avadanlıq qıtlığı yaşanır. Bu vəziyyət, xüsusilə də tor qişa xəstəlikləri, diabetik retinopatiya və daxili qanamalar üçün cərrahi xidmətlərin demək olar ki, tamamilə çökməsinə səbəb olacaq” deyib.

Sabah xəstəxanada hazırda cəmi 3 dəfə istifadə edilə bilən cərrahi qayçı olduğunu və onların dəfələrlə istifadə edildiyini, xəstələrin həyatını riskə atdığını və sağ qalmalarının qarşısını aldığını bildirib.

Partlayışlar nəticəsində yaranan bir çox göz zədələrində helon və incə tikiş kimi tibbi ləvazimatların tükənmək təhlükəsi ilə üz-üzə qaldığını vurğulayan Sabah, “Göz Xəstəxanası, əlaqədar qurumlardan və beynəlxalq təşkilatlardan təcili müdaxilə edilmədikcə cərrahi xidmət göstərə bilməyəcəyini bəyan etmək ərəfəsindədir” xəbərdarlığını edib.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Eksperiment 90 illik nəzəriyyəni təsdiqlədi: polaronun yaranması ilk dəfə müşahidə olundu

Aynur Camal

AB səfirləri Rusiyaya qarşı növbəti sanksiyalar paketində razılığa gələ bilmədi

Aynur Camal

Birinci Qarabağ müharibəsində itkin düşən Azad Cəlilovun nəşi ailəsinə təhvil verildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu