Dünya

Həmzəni oynayan iki aktyor olduğunu bilirdikmi?

“Sabah Meksika əsilli aktyor, rəssam, yazıçı, rejissor Entoni Kuinin anım günüdür (1915-2001). O, müxtəlif filmlərdə hindu, quldur, mafioz, ərəb və hətta çinli partizan rollarını oynayıb. Məşhur “Çağrı” filmində əsas rollardan birini oynayan Entoni Kuinn iki dəfə Oskar mükafatı laureatı olub”.

Bugun.tv xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Anar Tağıyev özünün Sosial hesabında paylaşım edib.

Jurnalist qeyd edib ki, Entoni Kuinn suriyalı rejissor Mustafa Akkadın ingilis versiyasında çəkdiyi “Çağırış” filmində Peyğəmbərimizin əmisi Həmzə rolunu çox gözəl oynayıb. Aktyor bu rolundan sonra İslama sevgisinin artdığını bəyan etmişdi. Fotoda Həmzəni oynayan iki aktyor var. Çünki “Çağrı” həm ərəbcə, həm də ingiliscə çəkilib. Bizim baxdığımız variant ingilicsə çəkilən filmdir.

Mənbə: Facebook

Aynur Camal

Oxşar xəbərlər

Çəhrayı tualet kağızı ənənəsinin 60 illik tarixçəsi var

Aynur Camal

Şimali Koreya nüvə proqramını genişləndirir: Yonbyon obyektində yeni tikinti tamamlandı

Aynur Camal

Tramp, Putin və Si Cinpin Şençjendə görüşüb birgə bəyannamə qəbul ediblər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu