Fransa, çəhrayı tualet kağızı, fransızların adətləri, tualet kağızının tarixi, təkrar emal edilmiş kağız, 1960-cı illər, gündəlik vərdişlər, maraqlı faktlar
Dünya

Çəhrayı tualet kağızı ənənəsinin 60 illik tarixçəsi var

Dünyanın bir çox ölkəsində ağ rəngli tualet kağızlarına üstünlük verilsə də, Fransada çəhrayı rəngli məhsullar uzun illərdir gündəlik həyatın bir hissəsidir. Bu seçimin arxasında isə sadəcə zövq deyil, 1960-cı illərdən başlayan istehsal ənənəsi dayanır.

Bugun.tv xəbər verir ki, məlumata görə, Fransa 1960-cı illərdə tualet kağızı istehsalında təkrar emal edilmiş kağızdan istifadə etməyə başlayıb. Lakin bu üsulla əldə olunan kağızlar ağ deyil, bozumtul rəngdə olurdu.

İstehsalçıların qarşısında iki seçim var idi: kağızı ağartmaq və ya rəngləmək. Həmin dövrdə rəngli tualet kağızları dəbdə olduğundan çəhrayı rəng daha çox seçilib.

Dəbdən gündəlik vərdişə çevrilən seçim

Zaman keçdikcə bu istehsal və rəng seçimi Fransada ənənəyə çevrilib. Ağ rəngli tualet kağızları ölkədə satışda olsa da, çəhrayı variantlar daha geniş yayılıb.

Beləliklə, Fransada bu gün də rast gəlinən çəhrayı tualet kağızlarının tarixçəsi təxminən 60 il əvvələ, təkrar emal edilmiş kağızın istehsalda istifadə olunduğu dövrə gedib çıxır.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Şimali Koreya nüvə proqramını genişləndirir: Yonbyon obyektində yeni tikinti tamamlandı

Aynur Camal

Tramp, Putin və Si Cinpin Şençjendə görüşüb birgə bəyannamə qəbul ediblər

Aynur Camal

İmtahana telefonla girən 22 nəfər xüsusi siqnalla aşkarlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu