Dünya

3000-dən çox avtomobili daşıyan gəmidə yanğın baş verir

ABŞ-ın Alyaska ştatı sahillərində 800-ü elektromobil olmaqla 3000-dən çox avtomobili daşıyan yük gəmisində yanğın baş verib.

Bildirilib ki, dünən günorta saatlarında ABŞ-ın Alyaska ştatının Ankoric şəhərindən təxminən 1200 mil məsafədə yerləşən “Morning Midas” adlı gəminin göyərtəsində yanğın baş verib.

Bildirilib ki, 800-ü elektromobil olmaqla 3000-dən çox avtomobilin olduğu yük gəmisində baş verən yanğın 24 saatdan artıqdır ki, davam edir.

ABŞ Sahil Mühafizəsi avtomobillərdəki litium-ion batareyaların partlaya biləcəyi üçün yanğının davam etməsinə icazə verəcəklərini açıqlayıb.

Bildirilib ki, gəmidəki ekipaj gəmini xilasedici qayıqla tərk edə bilib.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Hobbilər demensiya riskini azalda bilər – alimlərdən maraqlı açıqlama

Aynur Camal

Hücumlardan saatlar sonra evləri dağılan ukraynalı cütlük evləndi

Aynur Camal

Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri dayandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu