Maraqlı faktlar

“Taqqılbab” və “zəncilbab”ın sirləri

Keçmişdə ölkəmizin bir çox müxtəlif və maraqlı adətləri olub. Onlardan biri də qədimi qapılarda olan dəzgahların anlamı ilə əlaqədardır.

Məsələn keçmişdə rayonlarda bəzi qapılarda iki forma dəzgahlara rast gəlmək olardı. Əvvəllər bunlardan ev sahibini qapıya çağırmaq üçün istifadə edilərdi. Dəmirdən düzəldilən bu dəzgahlardan biri uzun olduğuna görə “taqqılbab”, o biri isə aypara və ya ürək şəklində olduğundan “zəncilbab” adlanardı. Evə gələn qonaq “taqqılbab”ı döyəndə qapıya kişi çıxar, “zəncilbab” səsinə isə qadınlar hay verərdi.

Mənbə: Facebook

Aynur Camal

Oxşar xəbərlər

Stress zamanı niyə bəziləri çox yeyir, bəziləri isə iştahasını itirir?

Aynur Camal

Qadın arılar və mum onların davranışını dəyişir

Aynur Camal

Gizli incilərindən biri: El Hierro adası turist axınından uzaq qalır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu