yeni birhüceyrəli canlı, Celatomonas quasimodo, yakobidlər, dibçək torpağı, mikroorqanizmlər, Tümen Dövlət Universiteti, DNT araşdırması, elm xəbərləri
Maraqlı faktlar

Adi dibçək torpağında elmə məlum olmayan birhüceyrəli canlı aşkarlandı

Bugun.tv xəbər verir ki, otaq bitkiləri üçün satılan adi torpağın tərkibində elmə əvvəllər məlum olmayan birhüceyrəli canlı aşkarlanıb. Tapıntı Tümen Dövlət Universitetinin X-BIO İnstitutunun AquaBioSafe laboratoriyasının tədqiqatçıları, Rusiya Elmlər Akademiyasının Daxili Sular Biologiyası İnstitutu və Yaponiyanın Okinava Elm və Texnologiya İnstitutunun alimləri tərəfindən müəyyənləşdirilib.

Yeni canlı Celatomonas quasimodo adlandırılıb. Növün adı Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanındakı Kvasimodo obrazına istinaddır. Alimlərin bildirdiyinə görə, mikroorqanizm aktiv şəkildə bölündüyü zaman daha əvvəl bu qrupda müşahidə olunmayan əyri, üçbucaqlı və “qozbel” formaya malik olur.

Maraqlıdır ki, canlı təsadüfən aşkarlanıb. X-BIO İnstitutunun tələbəsi German Sozonov şaftalı əkmək üçün aldığı torpağın canlı müxtəlifliyini araşdırmaq qərarına gəlib və nümunələrdə bu mikroorqanizmə rast gəlib.

Tədqiqatçılar daha sonra müxtəlif ölkələrdən götürülmüş torpaq nümunələrinin DNT məlumatlarını araşdıraraq başqa naməlum yakobidlərə də dair çoxsaylı izlər aşkar ediblər.

Alimlər bildirirlər ki, yakobidlər canlıların təkamülünün öyrənilməsi üçün xüsusi əhəmiyyət daşıyır. Onların mitoxondrial genomlarında qədim bakteriya mənşəli xüsusiyyətlər qorunub saxlanılıb.

Mənbə: Nauka Mail

Aynur Camal

Oxşar xəbərlər

Qaranlıq maddədən sirli siqnal: alimlər hələ izah edə bilmir

Aynur Camal

Araşdırma: Çox kofein qəbul edənlər daha az, amma daha dərin yata bilər

Aynur Camal

İsveçrədə qoyun yunundan istifadə etməklə buzlaqların əriməsinin qarşısını almağa çalışırlar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu