17 C
Baku
16 Aprel 2026, 15:43
Digər

Kreml: İranda rejim dəyişikliyi söhbəti qəbuledilməzdir

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya İranda rejim dəyişikliyi ilə bağlı istənilən müzakirəni tamamilə qəbuledilməz hesab edir.

“Bu, ağlasığmazdır. Təbii ki, bu barədə açıq danışmaq belə qəbuledilməz olmalıdır”, – Peskov Britaniyanın Sky News xəbər agentliyinə Qərbin Tehranda mümkün hakimiyyət dəyişikliyi barədə danışmasına cavab olaraq deyib.

Peskov xəbərdarlıq edib ki, İsrail ilə İran arasında münaqişədə ABŞ-ın hər hansı birbaşa iştirakı vəziyyəti əhəmiyyətli dərəcədə gərginləşdirəcək və regionda sabitliyi daha da pozacaq. “Vəziyyət onsuz da son dərəcə gərgindir və təkcə region üçün deyil, həm də qlobal sabitlik üçün təhlükə yaradır. Münaqişənin coğrafiyasının genişləndirilməsi və iştirakçıların sayının artırılması daha təhlükəli olardı”, – o deyib.

Peskov xəbərdarlıq edib ki, ABŞ-ın müdaxiləsi “Pandora qutusunu aça bilər”.

Kremlin sözçüsü Peskov, Rusiyanın İran lideri Ayətullah Əli Xameneiyə qarşı mümkün sui-qəsd cəhdinə reaksiyasının qəti şəkildə mənfi olacağını bildirərək, “Biz belə bir hərəkəti şiddətlə qınayırıq” deyə O danışıb.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Arı sürüləri uçuşları dayandırdı – əhaliyə “evdən çıxmayın” çağırışı

Aynur Camal

Senat yarışlarında Respublikaçıların zəifləməsi Trampı çətinə salır

Aynur Camal

Ukraynada gecə hücumları: Kiyev, Odessa və Dniproda 12 nəfər həlak olub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu