DünyaHadisə

ABŞ-da daşqın təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

ABŞ-ın şərq sahillərində yağan güclü yağış səbəbindən Nyu-York və Nyu-Cersi ştatlarında fövqəladə vəziyyət elan edilib.

Nyu-York və Nyu Cersiyə təsir edən leysan bütün şəhəri daşqınlara səbəb olub.

Yağış şəhərdaxili nəqliyyatın hərəkətini dayandırıb.

Nyu-York şəhərinin bəzi metro stansiyalarının su altında qaldığı, Nyuark, LaQuardia və Con Kennedi hava limanlarında çoxsaylı reyslərin ləğv edildiyi bildirilir.

Nyu-York meri Erik Adams güclü yağış və daşqın səbəbindən yerli vaxtla səhər saat 8:00-a qədər fövqəladə vəziyyət elan edib.

Merilend ştatında, Carroll County Yanğınsöndürmə İdarəsi bir uşağın sel sularında sıxışaraq öldüyünü bildirdi.

Sinoptiklər yağışın bəzi ərazilərdə saatda 3 düym (7,5 santimetr) sürətinə çata biləcəyi barədə xəbərdarlıq ediblər.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Ermənistandakı şirkətləri ilə bağlı xəbərdarlıq etdi

Aynur Camal

Avropa banklarının ABŞ bankları ilə rəqabəti üçün böyüməsi tələb olunur

Aynur Camal

Aİ enerji şirkətlərinə əlavə vergi tətbiqini müzakirə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu