Baş xəbərDünya

Rusiya ABŞ və Azərbaycandan Ukraynaya qaz tədarük edən stansiyaya hücum etdi

Rusiya onlarla pilotsuz uçuş aparatı (PUA) ilə Rumıniya ilə sərhədin yaxınlığındakı qaz nəqli infrastrukturu obyektinə hücum edib. Bu stansiya vasitəsilə Ukraynaya ABŞ və Azərbaycandan qaz tədarük olunurdu.

Bugun.tv bu barədə Ukrayna Energetika Nazirliyinin bəyanatına istinadla xəbər verir.

Qeyd edildiyi kimi, avqustun 6-na keçən gecə Rusiya qaz infrastrukturu obyektinə – Rumıniya sərhədi yaxınlığındakı Odessa vilayətində yerləşən Ukraynanın GTS operatorunun kompressor stansiyasına məqsədyönlü hücum həyata keçirib.

Bu kompressor stansiyası artıq ABŞ-dan LNG və Azərbaycan qazının sınaq həcmlərini tədarük edən Trans-Balkan qaz kəməri vasitəsilə Yunanıstanın LNG terminallarını Ukrayna qaz anbarları ilə birləşdirən marşrutun bir hissəsi idi.

Avqustun 6-da bu təchizatları təmin edən avadanlıq Rusiyanın onlarla hücum PUA-sı tərəfindən hücuma məruz qalıb.

“Bu, Rusiyanın sırf mülki infrastruktura, konkret olaraq enerji sahəsinə və eyni zamanda, Azərbaycan, ABŞ və Avropadakı tərəfdaşları ilə münasibətlərə, ukraynalıların və bütün avropalıların normal həyatına zərbəsidir”, – deyə bəyanatda bildirilir.

Ukraynanın energetika naziri Svetlana Qrinçuk vurğulayıb ki, bu hücum 2027-ci ildə Rusiya təbii qazından tamamilə imtina etməyi planlaşdıran bütün Avropaya verilən bir siqnaldır.

“Əgər ruslara bizim enerji infrastrukturumuzu və qaz marşrutlarımızı cəzasızlıq şəraitində vurmağa icazə verilsə, o zaman Avropada heç bir infrastruktur obyekti təhlükəsiz olmayacaq. Cəzasızlıq yalnız terroru genişləndirir”, -deyə nazir qeyd edib.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

Ukrayna və Rusiya bir-birini ölümcül hücumlarda ittiham edir, Odessa limanına ziyan dəydi

Aynur Camal

Netanyahu Trampın Qəzzə planını “qeyri-məqbul” adlandırdı

Aynur Camal

İran Hormuz boğazının açılmasını ABŞ-dan güzəştlərə bağladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu