Baş xəbərSosial

Diabet dərmanı demans və erkən ölüm riskini azalda bilər

Diabet, piylənmə və metabolik xəstəliklər sahəsində aparılan yeni tədqiqatın nəticələrinə əsasən, şəkərli diabetin müalicəsində geniş istifadə olunan metformin preparatı demans və erkən ölüm riskini azalda bilər.

Bugun.tv “MedicalXpress” portalına istinadla xəbər verir ki, Taipei Tibb Universitetinin alimləri tərəfindən həyata keçirilən bu genişmiqyaslı araşdırmaya müxtəlif bədən çəkisinə malik 452 min 777 yetkin şəxs daxil edilib. 10 il ərzində bu iştirakçılar arasında 35 min 784 demans və 76 min 48 ölüm hadisəsi qeydə alınıb. Nəticələr göstərib ki, metformin istifadə edən şəxslərdə həm demansa, həm də ümumi ölüm hallarına rastgəlmə riski preparatdan istifadə etməyənlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olub.

Tədqiqatın müəllifləri bildiriblər ki, metforminin müsbət təsiri artıq çəki, piylənmə və ciddi piylənmə olan bütün qruplarda müşahidə edilib. Belə ki, demans riski 8-12, ölüm riski isə 26-28 faiz azalıb. Bununla belə, tədqiqatçılar metforminin demans və ölüm riskinə təsir mexanizmlərinin daha dərindən öyrənilməsi üçün əlavə elmi araşdırmalara ehtiyac olduğunu vurğulayırlar. Onların fikrincə, bu nəticələr ümidvericidir, lakin səbəb-nəticə əlaqəsini tam başa düşmək üçün daha çox dəlil tələb olunur.

Mənbə: AZƏRTAC

 

Bugün TV

Oxşar xəbərlər

Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarı kimi yad olunur

Aynur Camal

Ceyhun Məmmədov 9 May münasibətilə paylaşım edib

Aynur Camal

Bu gün tarixi qələbənin ildönümü qeyd olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu