Baş xəbərTexnologiya

“Apple” şirkəti ABŞ-a 100 milyard dollar əlavə sərmayə yatıracaq

“Apple” şirkəti ABŞ-a 100 milyard dollar əlavə sərmayə yatıracağını açıqlamaq niyyətindədir.

Bugun.tv xəbər verir ki, bu barədə Ağ evdən məlumat verilib. Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp və “Apple” şirkətinin baş direktoru Tim Kuk bununla bağlı bu gün birlikdə bəyanat verəcəklər.

Ağ ev rəsmisinin sözlərinə görə, yeni sərmayə “Apple” şirkətinin ABŞ istehsalı üçün öhdəliyini növbəti dörd il ərzində 600 milyard dollara qədər artıracaq. Bu, həm də şirkətin tariflərdən yayınması üçün atılan addım kimi dəyərləndirilir.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

YAP-ın VIII Qurultayı keçirildi

Aynur Camal

NASA-nın 22 illik teleskopu Yer atmosferinə daxil olacaq

Aynur Camal

6 il əvvəl bir fikir idi, bu gün isə böyük bir yolun adıdır — Doğru.az!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu