13 C
Baku
27 Aprel 2026, 23:01
Digər

Almaniyada terrorçuluqda təqsirləndirilən üç nəfər həbs edildi

Almaniyada konstitusiya quruluşuna qarşı olmaqda təqsirləndirilən “İmperiya vətəndaşları” şəbəkəsinin üç üzvü həbs edilib. Onlara qarşı terrorçu təşkilatın üzvü olmaq ittihamı irəli sürülür.

Bugun.tv yerli mediaya istinadla xəbər verir ki, həmin şəxslər “İmperiya vətəndaşları” şəbəkəsinin rəhbəri olmaqda təqsirləndirilən Haynrix XIII Prins Roys ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində saxlanılıblar. Onların terrorçu təşkilatın üzvü olduqları və dövlət quruluşunu zorakı yollarla devirmək məqsədi güddükləri ehtimal edilir. Bavariya, Saksoniya və Türingiya əyalətlərində keçirilən əməliyyatlar nəticəsində ümumilikdə beş kişi və bir qadın saxlanılsa da, onların üçü barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “İmperiya vətəndaşları” şəbəkəsinin məqsədi Almaniyada dövlət quruluşunu zorakı yollarla devirmək və monarxiyaya əsaslanan yeni dövlət yaratmaqdır. Bu qrupun rəhbər şəxsləri 2022-ci ilin dekabrında Almaniya üzrə keçirilən əməliyyatlar zamanı saxlanılıb. Onlara qarşı irəli sürülən ittihamlardan biri də 2022-ci ilin aprelində Bundesverə məxsus keçmiş təlim poliqonunda atıcılıq məşqində iştirak etmələridir. Həmin təlimlərin məqsədinin Bundestaqa qarşı hücuma hazırlıq olduğu bildirilir.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

Washington Post: Ağ Ev müxbirləri şam yeməyinə ən yüksək təhlükəsizlik statusu verilməyib

Aynur Camal

Putin İranın xarici işlər nazirini qəbul etdi: “İranın maraqları üçün hər şeyi edəcəyik”

Aynur Camal

İsrail ordusu Livana hava zərbələri endirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu