Niger hökuməti Yerə düşən nəhəng Mars mənşəli meteoritin satışa çıxarılmasının təhqiqatını aparmağı tələb edir.
Bugun.tv xəbər verir ki, 24,7 kiloqram çəkisi olan və 2023-cü ildə Aqades regionunda tapılan unikal daş parçası Nyu-Yorkdakı “Sotheby’s” auksionunda anonim şəkildə 4,8 milyon dollara satılıb.
Planetimizdə tapılan on minlərlə meteoritdən yalnız 400-ə yaxını Mars mənşəlidir. Buna görə də “NWA 16788” indeksini alan tapıntı elm aləmində böyük marağa səbəb olub.
Çikaqo Universitetindən paleontoloq Pol Sereno vəziyyəti “biabırçı” adlandırıb və onun Edinburq Universitetindən olan həmkarları daşın “bəzi oliqarxın seyfində yox olacağından” narahat olduqlarını bildiriblər.
Mənbə: AZƏRTAC
