Baş xəbərDünya

Fransada ən böyük AES meduzaların “hücumu” nəticəsində fəaliyyətini dayandırdı

Bugun.tv xarici mediaya istinadla xəbər verir ki, EDF-nin məlumatına görə, stansiyanın soyutma sistemindəki nasosların tıxanması dörd reaktorun avtomatik olaraq bağlanmasına, digər iki blokun isə təmirə məruz qalmasına səbəb olub. Təsirə məruz qalan filtrlər zavodun nüvə hissəsindən kənarda yerləşir. Buna görə də insident obyektlərin, personalın və ya ətraf mühitin təhlükəsizliyinə heç bir təsir göstərməyib. Meduzaların “hücumuna” məruz qalan filtrlər zavodun nüvə hissəsindən kənarda yerləşir. “Qravlin” atom elektrik stansiyası Kale şəhəri yaxınlığında yerləşir və hər birinin gücü 900 MVt olan altı reaktordan ibarətdir. 2040-cı ilə qədər gücü 1600 MVt olan daha iki reaktorun tikintisi planlaşdırılır. EDF nümayəndələri reaktorların avqustun 14-də işə başlayacağını bildiriblər. Onlar əlavə ediblər ki, Fransanın elektrik şəbəkəsində elektrik enerjisi çatışmazlığı təhlükəsi yoxdur.

Bugün TV

Oxşar xəbərlər

2 milyarddan çox İtaliya lirəsi miras qaldı, amma pula çevrilə bilmir

Aynur Camal

CNN, MS NOW və Politico Tramp administrasiyasını məhkəməyə verdi

Aynur Camal

Ukrayna: Rusiyanın neft emalı gücü 45 faizindən çoxu sıradan çıxıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu