24 C
Baku
21 Sentyabr 2026, 21:49
Rusiya, neft emalı, neft emalı zavodu, Ukrayna, Moskva neft zavodu, yanacaq qıtlığı, dizel, RBC-Ukraine
Dünya

Ukrayna: Rusiyanın neft emalı gücü 45 faizindən çoxu sıradan çıxıb

Bugun.tv xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın neft emalı sənayesinin layihə gücünün 45 faizdən çoxunun sıradan çıxarıldığını açıqlayıb.

RBC-Ukraine-nin məlumatına görə, Ukrayna tərəfi bu göstəricinin sentyabrın 20-də Moskva neft emalı zavoduna endirilən zərbədən sonra yarandığını bildirib. Baş Qərargahın məlumatına əsasən, sentyabrın 14-dən 20-dək Rusiyanın müxtəlif bölgələrində neft emalı müəssisələri də daxil olmaqla bir sıra mühüm obyektlər hədəfə alınıb.

Ukrayna Baş Qərargahı sentyabrın 15-də Samara vilayətindəki Syzran neft emalı zavodunda əsas emal qurğusunun və neft çənləri parkının vurulduğunu bildirib. Sentyabrın 17-də Yaroslavldakı Slavneft-YANOS zavoduna zərbə endirildiyi, sentyabrın 20-də isə Moskva neft emalı zavodunda bir neçə emal qurğusunun zədələndiyi açıqlanıb.

Ukrayna tərəfinin bildirdiyinə görə, bunun nəticələrindən biri Rusiyada keyfiyyətli yanacaq qıtlığının yaranmasıdır. Baş Qərargah xüsusilə Euro-5/K5 standartına uyğun benzin və dizel yanacağının istehsalında kəskin azalma qeydə alındığını açıqlayıb.

RBC-Ukraine qeyd edir ki, söhbət Ukrayna Baş Qərargahının “layihə gücü” üzrə hesablamasından gedir. Digər mənbələrdə Rusiyanın faktiki işləməyən emal gücü ilə bağlı daha fərqli rəqəmlər təqdim edilib.

Mənbə: newsukraine.rbc.

Aynur Camal

Oxşar xəbərlər

CNN, MS NOW və Politico Tramp administrasiyasını məhkəməyə verdi

Aynur Camal

El Niño temperatur rekordu qırdı: alimlər güclü hava hadisələri barədə xəbərdarlıq edir

Aynur Camal

Marsda yaranan 5 süni krater alimlərə yeni məlumat verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu