9 C
Baku
13 Aprel 2026, 23:07
Digər

Poladdan möhkəm və bərpaolunan plastik hazırlandı

Bugun.tv Texas Universitetinin məlumatına istinadla xəbər verir ki, “Aromatic Thermosetting Copolyester” (ATSP) adlanan yeni material karbon lifindən hazırlanıb. Nəticələr “Macromolecules və Journal of Composite Materials” jurnallarında dərc olunub. Yeni təkrar emal edilə bilən material müdafiə, aerokosmik və avtomobil sənayesində tətbiq oluna bilər. “Əslində, maraqlı olan odur ki, bu material təkcə super güclü deyil, həm də istənilən şəraitə uyğunlaşa bilir. Zədələnmiş təyyarənin təmirindən tutmuş nəqliyyat vasitələrində sərnişinlərin təhlükəsizliyinin artırılmasına qədər sahələrdə bütün bu xüsusiyyətlər onu materialşünaslıq və dizayn üzrə gələcək inkişaflar üçün inanılmaz dərəcədə dəyərli edir”, -deyə kompozitin yaradıldığı laboratoriyanın rəhbəri Məhəmməd Naraği bildirib.

Bugün TV

Oxşar xəbərlər

Sanders İsrailə silah satışının dayandırılması üçün yeni təşəbbüslə çıxış edəcək

Aynur Camal

Rusiyada kosmik sahəyə maraq yüksəkdir, lakin inkişafla bağlı fikirlər birmənalı deyil

Aynur Camal

ABŞ İran limanlarına qarşı dəniz blokadasına başlayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu