Digər

Çin əcnəbi elm və texnologiya mütəxəssisləri üçün yeni viza kateqoriyası tətbiq edir

Bugun.tv Sinxua agentliyinə istinadla xəbər verir ki, müvafiq qərarı Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Tsyan imzalayıb. Sənədə əsasən, Çinin viza sisteminə gənc elmi-texniki mütəxəssislər üçün “K” viza kateqoriyası əlavə olunacaq. Yenilik “Xarici vətəndaşların ölkəyə giriş-çıxışının idarə edilməsi haqqında” Əsasnaməyə edilən dəyişikliklərin tərkib hissəsidir. “K” vizasını əldə etmək istəyənlər Çinin səlahiyyətli şöbələri tərəfindən müəyyən olunmuş ixtisas tələblərinə cavab verməli və lazımi təsdiqedici sənədləri təqdim etməlidirlər. Qərar 2025-ci il oktyabrın 1-dən qüvvəyə minir.

Bugün TV

Oxşar xəbərlər

Dərman çatışmazlığı rekord həddə çatdı

Aynur Camal

Yaxın Şərqdəki gərginlik Yaponiyada plastik məhsul qıtlığı yaratdı

Aynur Camal

Everestdə yeni sürət rekordu: ABŞ-li alpinist zirvəyə 9 saat 55 dəqiqəyə çatdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu