28.9 C
Baku
11 Avqust 2026, 18:58
Digər

Çin ABŞ-Rusiya münasibətlərinin yaxşılaşmasından məmnundur

Bugun.tv Sinxua agentliyinə istinadla xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin jurnalistlərə bildirib ki, Pekin “Rusiya və ABŞ-ın əlaqələrini yaxşılaşdırmaq və Ukraynanın siyasi həllini təşviq etmək üçün davamlı əlaqəni görməkdən məmnundur”. Mao Tramp və Putinin Alyaskadakı görüşü ilə bağlı sualları cavablandırarkən qeyd edib ki, iki ölkənin liderləri arasında son altı ildə ilk dəfə belə görüş olub. XİN sözçüsü Ukrayna böhranı ilə bağlı bildirib ki, Pekin müharibənin siyasi həllini “dəstəkləyir”. Donald Trampın bu gün Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə planlaşdırılan görüşləri barədə sualı cavablandıran Mao deyib: “Biz bütün maraqlı tərəflərin hər kəs üçün məqbul olan qalıcı razılaşma əldə etmək naminə sülh danışıqlarında iştirak edəcəyini gözləyirik”.

Bugün TV

Oxşar xəbərlər

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Məhəmməd Əsədullazadə: Netanyahu Rusiyaya qarşı sanksiyalar məsələsində ABŞ siyasətinə təsir göstərə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu