6 C
Baku
23 Fevral 2026, 14:17
Digər

İtaliyada biznesə qarşı kibercinayətlər 45 faizdən çox artdı

Bugun.tv xəbər verir ki, bu barədə “Confartigianato” assosiasiyası məlumata yayıb. Bildirilir ki, bu kimi hallar ən çox Toskana və Veneto regionlarında qeydə alınıb. Hesabat dövründə biznesə qarşı kibercinayətlər Toskana regionunda 88,3 faiz, Venetoda 63,7 faiz, Markedə 56 faiz, Apuliyada 54,7 faiz, paytaxt Romanın da yerləşdiyi Latsio regionunda 53,2 faiz artıb. Məlumata görə, biznes subyektlərinə qarşı bütün növ cinayətlər isə 10 faiz artım müşahidə olunub. Assosiasiya fırıldaqçılıq və onlayn hücumlardakı artım tendensiyasını qeyd edərək həyəcan təbili çalıb. Şirkətlərə əks tədbirlər görmək, süni intellektdən istifadə etməklə mühafizəni gücləndirmək tövsiyə edilib.

Bugün TV

Oxşar xəbərlər

Yaponiyada su sistemi üçün bələdiyyəyə 21 kiloqram “gizli” qızıl ianə edilib

Aynur Camal

Trampdan AF məsələsi ilə bağlı sərt açıqlama: Netanyahu üçün İsrail Prezidenti Herzog’a tənqid

Aynur Camal

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu