Digər

Britaniyada məhkəmə qərarı ilə sığınacaq axtaranlar hoteldən çıxarılır

Bugun.tv BBC-yə istinadla xəbər verir ki, “Epping Forest” şəhər şurası “The Bell Hotel”də miqrantların yerləşdirilməsinin qarşısını almaq məqsədilə Ali Məhkəməyə müraciət etmişdi. Məhkəmə isə şuranın müraciətini qəbul edərək hoteldə sığınacaq axtaranların qalmasına müvəqqəti qadağa qoyub. Qeyd edək ki, son həftələrdə hotelin qarşısında minlərlə insan antimiqrant aksiyaları keçirib. Bu gərginlik hoteldə yaşayan sığınacaq axtaran şəxsin şəhərdə 14 yaşlı qıza qarşı cinsi təcavüzdə ittiham olunmasından sonra daha da artıb. Hakim daxili işlər naziri İvet Kuperin şuranın iddiasını ləğv etdirmək cəhdini rədd edib və qərar verib ki, bütün sığınacaq axtaran şəxslər 12 sentyabr saat 16:00-a qədər hoteldən çıxarılmalıdır. Məlumata görə, hazırda hotelin 80 otağının hamısı doludur və ötən ayın məlumatına əsasən, burada təxminən 140 nəfər kişi qalır.

Bugün TV

Oxşar xəbərlər

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Məhəmməd Əsədullazadə: Netanyahu Rusiyaya qarşı sanksiyalar məsələsində ABŞ siyasətinə təsir göstərə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu