5 C
Baku
23 Fevral 2026, 3:58
Digər

Böyük Britaniyada anti-miqrant etirazları gərginlik yaradıb

Bugun.tv “Independent”ə istinadla xəbər verir ki, Bristolda polis atlı qüvvələrin köməyi ilə Kasl parkda toplaşan iki rəqib qrupu ayırmağa çalışıb. Hadisə zamanı etirazçılarla polis arasında gərginlik yaşanıb. Horley şəhərində isə təxminən 200 nəfərdən ibarət anti-immiqrasiya qrupu ilə “Stand Up to Racism” təşkilatının 50-yə yaxın fəalı toqquşub. İrqi ayrı-seçkiliyə qarşı çıxan etirazçılar “Nifrət yox, qorxu yox, qaçqınlar buraya xoş gəlib” – şüarları, onlara qarşı çıxan qrup isə bunun əksinə şüarlar səsləndiriblər. Miqrantların otellərdə yerləşdirilməsinə qarşı keçirilən etiraz aksiyaları, eyni zamanda Liverpul, Nyukasl, Pert, Ekseter, Tamvort və digər şəhərlərdə də təşkil olunub. Demək olar ki, bütün bölgələrdə əks-etiraz aksiyaları da planlaşdırılıb. Xatırladaq ki, bu tip nümayişlərin artması Epping şəhərindəki “The Bell Hotel”də keçirilən aksiyalardan sonra intensivləşib

Bugün TV

Oxşar xəbərlər

Yaponiyada su sistemi üçün bələdiyyəyə 21 kiloqram “gizli” qızıl ianə edilib

Aynur Camal

Trampdan AF məsələsi ilə bağlı sərt açıqlama: Netanyahu üçün İsrail Prezidenti Herzog’a tənqid

Aynur Camal

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu