Baş xəbərDünya

1977-ci ildə qeydə alınmış sirli “Wow!” siqnalı yenidən araşdırıldı

Bugun.tv xəbər verir ki, araşdırmanın preprinti (ilkin çapı) “arXiv” portalında dərc olunub. Cəmi 72 saniyə davam edən “Wow!” siqnalı təsadüfən Yer kürəsindən kənarda zəka axtarışı proqramı (SETI) çərçivəsində aparılan müşahidələr zamanı qeydə alınmışdı. O, təxminən 1420 MHz tezliyində darzolaqlı radiosiqnal idi. Bu diapazon neytral hidrogenin şüalanmasına uyğun gəlir və “kosmik universal ünsiyyət kanalı” hesab olunur. Siqnal adını astronom Cerri Emanla bağlı əhvalatdan alıb. Belə ki, o, müşahidə qeydlərində fonun qeyri-adi artımını görəndə “Wow!” deyə bir qırağa yazmışdı. Həmin vaxtdan siqnal yadplanetli sivilizasiyaların axtarışının rəmzinə çevrilib.

Bugün TV

Oxşar xəbərlər

Cənubi və Şimali Koreya sərhəddə baş verən partlayışlara görə bir-birini ittiham edir

Aynur Camal

Kaliforniya sahillərinə nəhəng isti su dalğası yaxınlaşır

Aynur Camal

ABŞ səfiri Aİ-nin “Avropada istehsal et” siyasətini tənqid etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu