Baş xəbərDünya

Fransa yenidən hökumətsiz qala və siyasi qeyri-sabitlik daha da dərinləşə bilər

Bugun.tv xəbər verir ki, Baş nazir Parisdə keçirdiyi mətbuat konfransında Prezident Emmanuel Makronun dəstəyi ilə sentyabrın 8-də hökumətin məsuliyyətini Milli Assambleyada ortaya qoyacağını bəyan edib. Bayrou bu addımı ilə həm parlamentariləri məsuliyyət qarşısında qoymaq, həm də ictimaiyyəti şahid tutmaq istəyir. “Əgər əksəriyyət varsa, hökumət davam edir. Yoxdursa, hökumət buraxılır”, – deyə o, səsvermənin ciddi nəticələrindən danışıb. Bayrou hökumətinin süqutu, keçmiş Baş nazir Mişel Barnye hökumətinin devrilməsindən cəmi doqquz ay sonra baş verə bilər. Əyilməz Fransa, ifrat sağçı Milli Birlik, Fransa Kommunist Partiyası kimi siyasi partiyalar, ekoloqlar hökuməti yıxmaq üçün səs verəcəklərini bildiriblər. “Xalqı əziyyətə salan bir hökumətə heç vaxt etimad göstərməyəcəyik”, – deyə ifrat sağçılar mövqelərini açıqlayıblar.

Bugün TV

Oxşar xəbərlər

Cənubi və Şimali Koreya sərhəddə baş verən partlayışlara görə bir-birini ittiham edir

Aynur Camal

Kaliforniya sahillərinə nəhəng isti su dalğası yaxınlaşır

Aynur Camal

ABŞ səfiri Aİ-nin “Avropada istehsal et” siyasətini tənqid etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu