Bugun.tv xəbər verir ki, “CNews” kanalında çıxış edən sabiq Avropa məsələləri naziri Noel Lönuar Fransadakı milyonlarla Əlcəzair əsilli insanları təhlükə mənbəyi kimi təqdim etmişdi. Onun sözləri Fransada ictimai qınağa səbəb olub. Sabrina Sebaihi, “SOS Racisme” və “Union Algérienne” təşkilatları Lönuara qarşı məhkəmə iddiaları qaldıracaqlarını açıqlayıblar. Növbəti çıxışında Lönuar sözlərini yumşaltmağa çalışaraq, “milyonlar yox, minlərlə əlcəzairli” demək istədiyini və ölkədən çıxarılma qərarı verilmiş şəxslər (OQTF) haqqında danışdığını bildirib. Lakin o, əsas ittihamlarını geri götürməyib. Deputat Sabrina Sebaihi isə bu izahı qətiyyətlə rədd edərək, onun irqçi çıxışının bütün əlcəzairliləri hədəf aldığını bildirib.
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri
