Bugun.tv xarici mediaya istinadla xəbər verir ki, çərşənbə axşamı 47 yaşlı alpinistin oğlu Qırğızıstanda “Qələbə” zirvəsində qapalı qalan qadının drona əl yelləyərkən çəkilən görüntüləri paylaşıb. O, Rusiya Xarici İşlər Nazirliyini xilasetmə işlərinə kömək etməyə çağırıb. Məlumata görə, Naqovitsina avqustun 12-də 7,439 metr hündürlüyündə olan “Qələbə” zirvəsinə qalxmağa cəhd edərkən ayağını sındırıb. Çoxsaylı xilasetmə cəhdlərinə baxmayaraq, o, hələ də tapılmayıb. Rəfiqəsi isə onun öldüyünü iddia edib və xilasediciləri cəsədi tapmaq üçün daha bir əməliyyat həyata keçirməyə çağırıb.
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri
