Digər

Alimlər 165 milyon il əvvəl yaşamış tikanlı dinozavr kəşf etdilər

Bugun.tv BBC-yə istinadla xəbər verir ki,“Spicomellus afer” adlanan bu növ 165 milyon il əvvəl yaşamış və zirehli dinozavrların ən qədim nümunəsi sayılır. Kəşf Mərakeş ərazisində edilib və alimləri heyrətləndirib. Onlar hesab edirlər ki, bu tapıntı zirehli dinozavrların təkamülü ilə bağlı mövcud nəzəriyyələri yenidən gözdən keçirilməsini zəruri edir. Birminqem Universitetindən professor Riçard Batler BBC-yə açıqlamasında bildirib ki, həmin canlı öz dövrünün “pank-rokçusu” olub. O, dinozavrın qeyri-adi tikanlı görünüşünə görə belə adlandırıldığını deyib. Layihənin digər rəhbəri London Təbiət Tarixi Muzeyindən professor Syuzanna Meydment isə vurğulayıb ki, tikanların birbaşa sümüyə birləşməsi olduqca nadir hadisədir: “Biz bu xüsusiyyəti nə qədim, nə də müasir heyvanlarda görmürük”,- deyə o, qeyd edib.

Bugün TV

Oxşar xəbərlər

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Banksy Londonda gecə yarısı gizli əməliyyatla heykəl ucaltdı

Aynur Camal

SpaceX Falcon 9 raketinin üst mərhələsi Ay səthinə çırpılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu