Digər

Sakit okeanın dərinliklərində “Sarı kərpic yol” aşkarlandı

Bugun.tv “sciencealert.com” saytına istinadla xəbər verir ki, bu kəşf Papahanaumokuakea Dəniz Milli Abidəsi (PMNM) ərazisində qeydə alınıb. PMNM dünyanın ən böyük dəniz mühafizə zonalarından biridir və hazırda onun yalnız təxminən 3 faizi öyrənilib. Aşkar olunan struktur təxminən 3000 metr dərinlikdə yerləşir. Tədqiqatçılar müşahidə etdikləri formaların vulkanik süxurların soyuma və istilik təsirindən yaranan çatlamalar nəticəsində əmələ gəldiyini bildiriblər. Xüsusilə 90 dərəcəlik sınıqlar yol təəssüratı yaradır. Komanda üzvləri kəşfi canlı yayımdakı şərhlərində “Atlantidə gedən yol” və “Sarı kərpic yol” kimi təsvir ediblər. Onların sözlərinə görə, görünüş ilk baxışdan insan tərəfindən hazırlanmış tikili təəssüratı oyatsa da, bu, tamamilə təbii geoloji proseslərin nəticəsidir. Alimlər hesab edirlər ki, bu kəşf Yerin geoloji tarixi haqqında yeni məlumatların əldə edilməsinə töhfə verə bilər.

Bugün TV

Oxşar xəbərlər

Aİ qüvvələri Aralıq dənizində şübhəli neft tankerinə baxış keçirdi

Aynur Camal

22 İyul – Azərbaycan milli mətbuatı 151 yaşını qeyd edir

Aynur Camal

Həbsxanaya narkotik aparan pişik saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu