Digər

Media: ABŞ Prezidenti xarici siyasətdə Milli Təhlükəsizlik Şurasının rolunu minimuma endirdi

Bugun.tv xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Nəşrin yazdığına görə, Trampın rəhbərliyi altında MTŞ əməkdaşlarının sayı 400-dən 150-yə endirilib. ABŞ Prezidenti mayın 1-də milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolsu işdən çıxarıb və onun funksiyalarını Dövlət katibi Marko Rubioya təhvil verib. Qəzet qeyd edir ki, xarici siyasət prinsiplərinin işlənib hazırlanmasında və ABŞ Prezidentinin qərarlarının digər ölkələrin liderlərinin mövqeləri ilə əlaqələndirilməsində MTŞ-yə etibar edən əvvəlki prezidentlərdən fərqli olaraq, Tramp “kiçik bir müşavirlər qrupuna arxalanır”. Bəzi rəsmilər hesab edirlər ki, bu yanaşma Tramp administrasiyasına zərər verir və uyğunsuzluğa gətirib çıxarır.

Bugün TV

Oxşar xəbərlər

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Banksy Londonda gecə yarısı gizli əməliyyatla heykəl ucaltdı

Aynur Camal

SpaceX Falcon 9 raketinin üst mərhələsi Ay səthinə çırpılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu