Baş xəbərDünya

Almaniyada yeni rəy sorğusu ölkə ictimaiyyətinin hərbi xidmətə münasibətini ortaya qoydu

Bugun.tv xəbər verir ki, INSA İnstitututunun “Bild” qəzetinin sifarişi ilə apardığı rəy sorğusuna qatılanların cəmi 29 faizi Bundesverin yeni qanun vasitəsilə kifayət qədər hərbçi cəlb edə biləcəyinə inanır. Respondentlərin 55 faizi bu məqsədin reallaşacağına şübhə ilə yanaşır, 16 faizi isə mövzu ilə bağlı fikir bildirməyib. Ən yüksək dəstək hökumət partiyalarının tərəfdarları arasında müşahidə olunub. Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı (CDU/CSU) seçicilərinin 36 faizi, Sosial Demokratlar Partiyasının (SPD) seçicilərinin isə 40 faizi islahatı dəstəkləyib. Bu dəstək Almaniya üçün Alternativ (AfD) partiyasının tərəfdarları arasında 23 faiz, Sahra Vaqenknext İttifaqı (BSW) seçiciləri arasında isə 20 faiz təşkil edib. Sorğu, həmçinin məcburi hərbi xidmətin bərpasına dair yanaşmanı da ortaya çıxarıb. Respondentlərin 50 faizi məcburi xidmətin yenidən tətbiqinə tərəfdar olduğunu ifadə edib, 34 faizi isə əleyhinə səs verib, qalanları mövqeyi bildirməyib. Ən yüksək dəstək CDU/CSU tərəfdarları arasında qeydə alınıb, 60 faiz məcburi xidmətin bərpasını dəstəkləyib. Ən az dəstək isə Sol Partiyanın seçiciləri arasında müşahidə olunub – 25 faiz.

Bugün TV

Oxşar xəbərlər

Vüqar Bayramov: Azərbaycanda külək enerjisi istehsalında rekord artım qeydə alınıb

Aynur Camal

Tramp: İranla saziş mayın ortalarınadək imzalana bilər

Aynur Camal

Vüqar Bayramov: İtaliya ilə iqtisadi əməkdaşlıq qeyri-neft sektorunda yeni imkanlar açır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu