23 C
Baku
30 Sentyabr 2026, 21:04
Donald Tramp, Kim Çen In, Şimali Koreya, nüvə silahı, ABŞ, Cənubi Koreya, Vaşinqton, Şimali Koreya nüvə proqramı
Dünya

Tramp Kim Çen Inı “dostu” adlandırdı

Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inı “dostu” adlandırıb və Pxenyanın nüvə arsenalı ilə bağlı açıqlama verib.

Al Jazeera-nın məlumatına görə, Tramp bu fikirləri Vaşinqtonda jurnalistin Şimali Koreyanın nüvə silahına sahib olduğu halda İranın niyə buna malik ola bilməməsi ilə bağlı sualına cavab verərkən səsləndirib.

ABŞ prezidenti Şimali Koreyanın nüvə imkanlarının kifayət qədər böyük olduğunu, lakin ABŞ-dakı səviyyədə olmadığını bildirib. O, Kim Çen Inla münasibətlərinin yaxşı olduğunu və Şimali Koreya liderinin ona hörmət etdiyini deyib.

Cənubi Koreyanın müdafiə naziri An Qyu Bek ötən həftə Şimali Koreyanın 80–120 nüvə başlığına malik olduğunu bildirib. Bu rəqəm Trampın daha əvvəl Pxenyanın 58 nüvə silahına sahib olduğu barədə açıqlamasından yüksəkdir.

Tramp daha əvvəl Kim Çen Inla bu ilin sonuna qədər üz-üzə görüş keçirmək niyyətində olduğunu bildirmişdi. Lakin Şimali Koreya belə görüşə rəsmi razılıq verməyib.

Tramp və Kim Çen In 2018 və 2019-cu illərdə iki zirvə görüşündə iştirak ediblər. Həmin danışıqlar Şimali Koreyanın nüvə proqramı ilə bağlı razılığın əldə olunmaması səbəbindən nəticəsiz qalıb.

Mənbə: Al Jazeera

Aynur Camal

Oxşar xəbərlər

Mərakeş tarixində ilk qadın baş nazir təyin edildi

Aynur Camal

Yatmaq üçün ən pis vaxt açıqlanıb

Aynur Camal

Alimlər Günəş və Ayın zəlzələlərə necə təsir etdiyini müəyyənləşdiriblər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu