Digər

Gürcüstan Milli Bankının beynəlxalq ehtiyatları 5 milyard dolları ötdü

Bugun.tv xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb. Bildirilir ki, ehtiyatların həcminin dəyişməsi hökumətin və Gürcüstan Milli Bankının valyuta bazarındakı əməliyyatları ilə bağlıdır. İyul ayında “Bmatch” platformasına müdaxilələr nəticəsində tənzimləyici valyuta ehtiyatlarını 416,9 milyon dollar artırıb və iyul ayı üzrə ölkənin beynəlxalq ehtiyatlarının həcmi 5 milyard dolları ötüb. “Beynəlxalq valyuta ehtiyatları ölkənin makroiqtisadi sabitliyinin mühüm təminatçısıdır. Bu baxımdan tənzimləyici daim valyuta ehtiyatların artırılmasına diqqət yetirir ki, bu da bankın bəyan etdiyi siyasətlə təsdiqlənir. Əlverişli bazar şəraitində Milli Bank ölkənin beynəlxalq ehtiyatlarını artırır”, – deyə məlumatda bildirilir.

Bugün TV

Oxşar xəbərlər

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Banksy Londonda gecə yarısı gizli əməliyyatla heykəl ucaltdı

Aynur Camal

SpaceX Falcon 9 raketinin üst mərhələsi Ay səthinə çırpılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu