Digər

Britaniya kral ailəsi ilə bağlı yeni kitab rezonans doğurub

Bugun.tv “Independent”ə istinadla xəbər verir ki, sentyabrın 11-də satışa çıxacaq kitab artıq dərc olunmamışdan əvvəl böyük rezonans doğurub. “The Times” qəzetində dərc edilən məlumatlar göstərir ki, kitab monarxiya ilə hökumət arasındakı pərdəarxası münasibətləri açmaqla yanaşı, kral ailəsinin şəxsi həyatına dair bir sıra sensasion məqamları da üzə çıxarır. Müəllifin iddialarına görə, mərhum Kraliça II Elizabet “Brexit”ə qarşı olub və Avropa İttifaqından (Aİ) çıxmağa etiraz edib. Onun bir nazirə “Biz Aİ-dən ayrılmamalıyıq” dediyi bildirilir. Bu fikir monarxın siyasi neytrallıq öhdəliyi ilə ziddiyyət təşkil edir. Kitabda, həmçinin Kraliça Kamillanın məktəbli ikən qatarda tanımadığı bir şəxsin cinsi hücumunu dəf etdiyi qeyd olunur. Müəllif yazır ki, Kamilla gənclik illərində belə bir təhlükəli vəziyyətlə üz-üzə qalsa da, özünü qorumağı bacarıb.

Bugün TV

Oxşar xəbərlər

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Məhəmməd Əsədullazadə: Netanyahu Rusiyaya qarşı sanksiyalar məsələsində ABŞ siyasətinə təsir göstərə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu