Digər

Çində insan bədəninin istiliyini elektrik enerjisinə çevirən parça yaradıldı

Bugun.tv xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb. “Dünyada ilk dəfə “termoelektrik rezin” konsepsiyasını irəli sürən bizik”, – deyə tədqiqat qrupunun rəhbəri, Pekin Universitetinin materialşünası Ley Tin bildirib. Əsas yenilik yarımkeçirici polimerlərin elastik rezinlə hibrid strukturu vasitəsilə birləşdirilməsidir. Material ilkin uzunluğunun 850 faizindən çox dartıla bilir, bununla belə yüksək elektrik keçiriciliyi və ənənəvi qeyri-üzvi materiallarla müqayisə oluna biləcək termoelektrik xüsusiyyətlərini saxlayır. Qəzet yazır ki, ixtira geyiləbilən qurğular üçün tez-tez enerji doldurma problemini həll edə bilər. Alimlər materialı elə geyimlərə tətbiq etməyi planlaşdırırlar ki, bu geyim həm cibdəki telefonu enerji ilə təmin etsin, həm də bədənin temperaturunu tənzimləsin. Digər potensial tətbiq sahələrinə isə xarici batareyalara ehtiyac duymayan tibbi sensorlar daxildir.

Bugün TV

Oxşar xəbərlər

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Banksy Londonda gecə yarısı gizli əməliyyatla heykəl ucaltdı

Aynur Camal

SpaceX Falcon 9 raketinin üst mərhələsi Ay səthinə çırpılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu