Digər

Litvada 17 minədək hərbçinin iştirakı ilə təlimlər keçiriləcək

Bugun.tv xəbər verir ki, bu barədə Litvanın ordu komandanlığı məlumat yayıb. “Qarşımızda duran əsas məqsəd bölmələrin müdafiə planlarının icrasına hazırlıq səviyyəsini, NATO müttəfiqləri ilə koordinasiya imkanlarını yoxlamaqdır”, – deyə Litva ordusunun komandanı general Raymundas Vaykşnoras bildirib. Bir müddət öncə general Belarus və Rusiyanın birgə “Qərb” təlimlərinə cavab olaraq Baltikyanı ölkələrdə və Polşada təxminən 40 min hərbçinin iştirakı ilə hərbi manevrlərin keçirəcəyini elan etmişdi. Təlimlərin həm poliqonlarda, həm də mülki ərazilərdə keçiriləcəyi planlaşdırılır. Buna paralel olaraq Almaniya Silahlı Qüvvələrinin 2030-cu ilədək Litvada daimi yerləşdirilməsi nəzərdə tutulan briqadasının təxminən 2 min əsgəri də təlim məqsədilə Baltikyanı respublikaya göndəriləcək.

Bugün TV

Oxşar xəbərlər

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Banksy Londonda gecə yarısı gizli əməliyyatla heykəl ucaltdı

Aynur Camal

SpaceX Falcon 9 raketinin üst mərhələsi Ay səthinə çırpılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu