Digər

Almaniyanın birləşməsindən sonra ölkə əhalisinin sayı 5 faiz artdı

Bugun.tv xəbər verir ki, bu barədə Federal Statistika İdarəsinin (Destatis) məlumatında qeyd olunub. Əhalinin ən çox artımı Bavariya (16 faiz), Baden-Vyurtemberq (14 faiz), Hamburq və Şlezviq-Holşteyn (hər biri 13 faiz) qeydə alınıb. Ən çox azalma isə Saksoniya-Anhalt (26 faiz), Türingiya (20 faiz) və Meklenburq-Ön Pomeraniya (18 faiz) əyalətlərində olub. Ümumilikdə şərq əyalətlərində Berlin istisna olmaqla 1990–2024-cü illərdə əhalinin sayı 16 faiz azalaraq 12,4 milyona düşüb, qərb əyalətlərində isə 10 faiz artımla 67,5 milyona yüksəlib. 1990-cı ildə əhalinin 77 faizi qərb, 18 faizi şərq əyalətlərində, qalanı Berlində yaşayırdısa, 2024-cü ildə bu nisbət müvafiq olaraq ölkənin qərbi üzrə 81 faiz, şərqi üzrə isə 15 faiz olub. Almaniyanın birləşməsindən sonrakı dövrdə 1,2 milyon nəfər daha çox şərqdən qərbə köçüb, əks istiqamətdə isə köçənlərin sayı daha az olub. Qeyd edək ki, Berlindən gedən və ya Berlinə gələnlər hesabatda nəzərə alınmayıb.

Bugün TV

Oxşar xəbərlər

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Məhəmməd Əsədullazadə: Netanyahu Rusiyaya qarşı sanksiyalar məsələsində ABŞ siyasətinə təsir göstərə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu