Digər

Çində kosmosda istifadə olunacaq paltaryuyan maşın icad edildi

Bugun.tv “South China Morning Post” (SCMP) qəzetinə istinadla xəbər verir ki, astronavtların üzləşdiyi problemlərdən biri də çirkli paltarların yuyulmasıdır. Nəşr qeyd edir ki, bu, nəticədə kosmik uçuşlar zamanı ən böyük xərclərdən birinə çevrilir. Qəzet yazır: “Pekindən olan tədqiqatçılar həll yolu təklif etdilər. Onlar duman və ozondan istifadə edərək yeni maşın hazırladılar. Bu maşın kosmosda məhdud olan sudan və paltaryuyan tozdan istifadə etmir”. Pekindəki Tədqiqat və Astronavtların Təlim Mərkəzinin bu icadı “Chinese Journal of Space Science” (“Çin Kosmos Elmləri Jurnalı”) nəşrinin son sayında təsvir edilib. Bu, 12 kiloqram ağırlığında kiçik, kubik formalı bir cihazdır. Bir dövrədə 800 qrama qədər paltarı təmizləmək üçün maşın ultrasəs atomizasiyasından istifadə edərək ultra incə duman şəklində verilən cəmi 400 millilitr su istehlak edir.

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu