31.6 C
Baku
13 Avqust 2026, 13:43
Digər

Britaniyanın müdafiə naziri Kiyevə elan olunmamış səfər etdi

Bugun.tv xəbər verir ki, Ukraynanın müdafiə naziri Denis Şmıqal bu barədə özünün sosial media hesabında yazıb. Bildirilir ki, səfər zamanı “Ramştayn” formatında keçiriləcək növbəti görüşün əsas müddəaları, o cümlədən birgə müdafiə layihələri müzakirə olunacaq. Növbəti toplantının Londonda keçiriləcəyi planlaşdırılır. “Səfər çərçivəsində növbəti “Ramştayn” görüşünə hazırlıq və ikitərəfli müdafiə layihələri koordinasiya ediləcək. Həmçinin ölkələrimizin müdafiə qabiliyyətini gücləndirəcək mühüm qərarlar hazırlanacaq”, – deyə Denis Şmıqal bildirib. Xatırladaq ki, Böyük Britaniya döyüş əməliyyatlarının dayandırılmasından sonra Ukraynaya “istəkli ölkələr koalisiyası” çərçivəsində hərbi kontingent göndərəcəyini istisna etmir.

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu