3 C
Baku
10 Fevral 2026, 9:38
DünyaSiyasət

İsrail Suriyaya hücum etdi! Ən kritik məqam hədəfə alındı

İsrailin Suriyaya hücumları yenidən başlayıb. İsrail aviasiyası Homs şəhərinə hava zərbəsi endirib. Əl-Cəzirə telekanalının məlumatına görə, hücumda hərbi təlim obyekti hədəf alınıb.

Hücumdan sonra hər hansı can və ya mal itkisi ilə bağlı rəsmi açıqlama verilməyib. Yerli mənbələrin məlumatına görə, güclü partlayış səsi Suriyanın sahilyanı Latakiya vilayətində də eşidilib.

NƏ OLMUŞDU?

İyulun 13-də Suriyanın cənubunda İordaniya sərhəddində yerləşən Sveydada druz qruplarının bədəvi ərəb qəbilələrinə məxsus avtomobilləri ələ keçirməsi ilə kiçik miqyaslı silahlı toqquşmalar baş verib.

İsrail hökuməti Druz azlığına Dəməşq hökumətinə qarşı hərbi və siyasi dəstək vəd edib. Və Bəşər Əsədin devrilməsindən sonra Druz bölgəsinin Suriyaya inteqrasiya cəhdlərini pozmuşdu. Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yisrael Katz da bunun qarşılığında Suriyaya “hücumların” artacağı ilə xəbərdarlıq etmişdilər.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

ABŞ vitse‑prezidenti Vancenin Ermənistan və Azərbaycana səfəri gözlənilir

Aynur Camal

Rusiya Pokrovska hücum etdi

Aynur Camal

Asiya İnkişaf Bankı 350 milyon dollarlıq yenilənə bilən enerji layihələrini dəstəkləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu