Mədəniyyət

Emin Eminzadə Yanardağda Üzeyir Hacıbəyovun 140 İlliyinə həsr olunan Musiqi gününə qatılıb FOTOLAR

Bugun.tv  xəbər verir ki, tanınmış müğənni və bəstəkar Emin Eminzadə Bakının alovlu simvolu Yanardağ fonunda keçirilən Üzeyir Hacıbəyovun 140 illik yubileyinə həsr olunan möhtəşəm tədbirdə çıxış edib. Konsertə kamera orkestri rəhbərliyi ilə tanınmış dirijor Rauf Abiyev dirijorluq edib.

Eminzadə yubiley axşamında bir sıra dəyərli ifalarla tamaşaçıların qəlbini fəth edib. Səsləndirdiyi Üzeyir Hacıbəyovun klassik “Sənsiz” əsərini hər kəs heyranlıqla dinləyib. O, istedadlı vokalçı Turan Səfərli ilə “Sevgi valsı” duetini də ifa edib.

Balaban ustası Nicat Məsimovla birgə səsləndirdiyi “Sarı gəlin” dueti isə tamaşaçılara unudulmaz anlar yaşadıb.

Qeyd edək ki, Emin Eminzadə beynəlxalq müsabiqələr laureatı, o cümlədən “Qızıl Mikrofon” (Qazaxıstan), Elia Catalano (İtaliya), Opus-2012 (İspaniya), TO THE TOPS-2013 (Bakı) və digər musiqi yarışlarının qalibidir. O, Bakıda dünya şöhrətli italyan ifaçısı Robertino Loretti ilə eyni səhnəni bölüşərək, onunla “Jamaica” və “O Sole Mio” əsərlərini duet şəklində ifa edib. Konsertdən sonra Loretti gənc sənətçini “Azərbaycanın Robertinosu” adlandırıb.

Onu da deyək ki, Eminzadə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur, xalq artisti Fidan Qasımovanın tələbəsidir. Daha sonra ABŞ-da təqaüd proqramı çərçivəsində təhsilini davam etdirərək, American Musical and Dramatic Academy-də oxuyan ilk azərbaycanlıdır. Onun adı Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycanın Gənc İstedadlarının Qızıl Kitabı”na daxil edilib.

2019-cu ildə E.Eminzadə ABŞ-da keçirilən 62-ci “Grammy” Mükafatları mərasimində fəxri qonaq olub. Onun ifaçılıq məharəti pop musiqisinin kralı Maykl Ceksonun bacısı, dünya ulduzu Janet Jackson tərəfindən də yüksək qiymətləndirilib.

Aynur Camal

Oxşar xəbərlər

Səudiyyəli fotoqraf: “Akademik sertifikatlar insana bədii baxış qazandırmır”

Aynur Camal

Nizami Kino Mərkəzində 500 nəfərlik “Mikrosahibkarların Forumu” keçiriləcək

Aynur Camal

Kinorejissor Faiq Nağıyev ARKA-nın fəaliyyətindən narazıdır: “Nə vaxta qədər eyni adamlara vəsait ayrılacaq?”

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu