Dünya

Filippinin “atəş halqası” titrəyir: Güclü zəlzələ

Filippinin Palompon şəhərinin qərb sahillərində 6,9 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.

ABŞ Geoloji Xidməti zəlzələnin episentrinin Palompondan təxminən 10 kilometr qərbdə və Kalape sahillərində olduğunu bildirib. Təxminən 10 kilometr dərinlikdə qeydə alınan 6,9 bal gücündə zəlzələdə tələfat və dağıntılar barədə məlumat yoxdur.

Dünyada ən yüksək seysmik aktivliyə malik ölkələrdən biri olan Filippin Sakit Okean Seysmik qurşağında yerləşir və “Alov halqası” olaraq da bilinir.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Ermənistandakı şirkətləri ilə bağlı xəbərdarlıq etdi

Aynur Camal

Avropa banklarının ABŞ bankları ilə rəqabəti üçün böyüməsi tələb olunur

Aynur Camal

Aİ enerji şirkətlərinə əlavə vergi tətbiqini müzakirə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu