13 C
Baku
13 Aprel 2026, 15:27
Baş xəbərMədəniyyət

“Ah bu uzun sevda yolu” – Mikayıl Müşfiq

Bugun.tv -xəbər verir ki, Hacıağa Abbasov adına Maştağa Mədəniyyət Mərkəzində əsası bu il qurulan “Şəfəq” teatrı öz fəaliyyətini nümayiş etdirib.

Bu ildən əsası qoyulan “Şəfəq” teatrının qurluşçu rəhbəri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin III kurs tələbəsi Paşa Ağayevdir. Yeni fəaliyyətə başlamasına baxmayaraq “Şəfəq” teatrı artıq bir neçə əsərləri Üzeyir Hacıbəyovun “Arşın mal alan”, Cəfər Cabbarlının “Solğun çiçəklər”, Abdulla Şaiqin “Qaraca Qız” və sairəni səhnələşdirib.

“ŞƏFƏQ” teatrı “Ah bu uzun sevda yolu” Mikayıl Müşfiq

Onlardan biri də Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin “Ah bu uzun sevda yolu” şeiri əsasında Əli Əmirli hazırladığı əsəridir.

Əsərdə şairin həyat yolu, repressiya dövrünün eybəcərlikləri, gənclərin vətənpərvərlik ruhu öz əksini tapıb.

Maştağa Mədəniyyət Mərkəzində səhnəyə qoyulan sözügedən bu tamaşanın quruluşçu rejissoru Paşa Ağayev, ideya Rəhbəri Şəfiqə Vəliyeva, musiqi tərtibatı Rəşad Yaqubovdur.

Maştağa Mədəniyyət Mərkəzi “ŞƏFƏQ” teatrı

Rollarda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Mikayıl Müşfiqi Paşa Ağayev, Dilbəri Leyli Memmedsoy, Dost şairi Yeganə Həbibova, Müdrik şairi MəmmədHəsən Məmmədov, Navator şairi Hökümə Ağayeva, Düşmən şairi Əli Zeynallı, Frencli kişini Hüseyn Quluzadə, Qadını Töhfə Vəliyeva, Güləri Fatimə Mirhəsənova canlandırıblar.

Sonda alqışlanan gənc aktyorlara gül dəstələri təqdim edilib və fotosessiya keçirilib.

Maştağa Mədəniyyət Mərkəzi “ŞƏFƏQ” teatrı
Maştağa Mədəniyyət Mərkəzi “ŞƏFƏQ” teatrı “Ah bu uzun sevda yolu” Dilbər- Leyli Memmedsoy Dost şair – Yeganə Həbibova Navator şair – Hökümə Ağayeva Qadını – Töhfə Vəliyeva
Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu