25 C
Baku
17 Sentyabr 2026, 12:05
DünyaHadisə

Təyyarə qəzaya uğradı

Texas ştatının Fort-Uort şəhəri yaxınlığında avtomobil yolunda qəzaya uğrayan təyyarə alovlanıb.

Təyyarə Hiks hava limanı yaxınlığındakı N.Saginaw bulvarında avtomobillərə çırpılıb və güclü partlayışa səbəb olub.

Təyyarə ilə birlikdə Business 287-də olan çoxlu sayda yük və minik avtomobilləri də yanıb, hadisə yerinə yanğınsöndürənlər, tibb işçiləri və xilasetmə qrupları göndərilib. Səlahiyyətlilər hələlik hər hansı itki ilə bağlı rəsmi açıqlama verməyib.

Təyyarənin mənşəyi və hər hansı xəsarətlə bağlı təfərrüatlar da hələlik açıqlanmır.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

İlin əvvəlindən 4 900-dən çox restoran müflis oldu

Aynur Camal

Süni intellekt agentləri insanların başa düşmədiyi öz dillərini formalaşdırdı

Aynur Camal

700 ildir bu qayaların içində yaşayırlar: nə kondisioner, nə də qaz var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu